bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

Yığmaya Türkiyə və Almaniyadan futbolçular çağırıldı

09.07.2019 11:07 Oxundu 632


19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının iyulun 10-dan 18-dək Bakıda təlim-məşq toplanışı olacaq. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, toplanışa dəvət olunmuş 18 futbolçu arasında Türkiyə və Almaniyadan da çağırılanlar var.

U-19-un heyəti: Elvira Əsgərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova (hamısı 8 - iOEUGiM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Nəzrin Məmiyeva (hamısı "Keşlə"), Lamiyə Qurbanova ("Qəbələ"), Jalə İldirimova ("Uğur"), Umnisə Əliyeva, Ləman Niftəliyeva (hər ikisi "Fidan"), Neslihan Bozkaya ("Kemer", Türkiyə), Beyzanur Aslan ("Antalyaspor", Türkiyə), Seval Cakan, Çalen Klöb ("Essen-Şönebek", Almaniya).