bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

"Sabah" iki futbolçu transfer etdi

09.07.2019 13:58 Oxundu 506


“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, gənc futbolçular Anar Panayev və Abbas Ağazadə bundan sonra "Sabah"ın uğurları üçün çalışacaqlar.

Abbas Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidi. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Anar Panayev də yarımmüdafiəçidi. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddü. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.