09.07.2019 15:29
646
646

Natiq İsmayılov "Zirə" klubunun prezidenti vəzifəsindən istefa verib.
Cempion.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefanın detalları barədə açıqlama verilməyib.
"Zirə" Natiq İsmayılova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək işlərində ona uğurlar arzulayıb.