10.07.2019 14:27
691
691

Türkiyə Super Liqa təmsilçisi “Göztəpə” klubu heyətinə yeni futbolçu qatıb. Cempion.az xəbər verir ki, İzmir təmsilçisi son olaraq “Qalatasaray”da çıxış edən Eren Derdiyoku transfer edib. 31 yaşlı hücumu ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, futbolçu “Qalatasaray”dan azad agent statusunda ayrılıb.