cümə axşamı, 25 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanlı atletdən qızıl medal

11.07.2019 09:37 Oxundu 502


Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb.

Cempion.az xəbər verir ki, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında birinci olub. 16,89 nəticə göstərən idmançımız karyerasında ikinci dəfə Universiada çempionu olub. 
Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da bütü rəqiblərini üstələyib.