11.07.2019 17:06
666
666

Türkiyənin “Kayserispor” klubu heyətinə yeni futbolçu qatıb. Cempion.az Türkiyə mediasına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Valensiya”ya məxsus müdafiəçi Aymen Abdennuru transfer edib. Qeyd edək ki, tunisli futbolçu “Kayserispor”a azad agent kimi keçib. Qeyd edək ki, Aymen Abdennur son iki mövsümü icarə əsasında "Marsel" klubunda çıxış edib.