şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

FİFA-dan irqçiliklə bağlı sərt cəza

12.07.2019 16:43 Oxundu 537


FİFA irçiliklə bağlı cəzanı sərtləşdirib.

Bundan sonra oyunlar zamanı irqçi davranışa görə, 10 oyunluq cəza veriləcək.

Qurumun yaydığı bəyanatda “FİFA irqçi təhqirlərə məruz qalan heç kimi köməksiz qoymayacaq” deyə qeyd olunub.

Qeyd edilib ki, söhbət şəxslərin dərisinin rənginə, etnik və milli mənsubiyyətinə, sosial qruplarına, seksual oriyentasiyasına, dininə və dilinə, sağlamlığına, siyasi baxışlarına görə və s. təhqirlərdən gedir.

Azarkeşlər irqçiliyə yol verərsə, bu halda onların klubları cəzalandırılacaq. İlk növbədə klub, yaxud milli assosiasiyanın stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək. (Goal.az)