cümə axşamı, 28 avqust 2025

DİGƏR NÖVLƏR

Rocer Federer Rafael Nadal mübarizəsinin qalibi məlum oldu

13.07.2019 13:56 Oxundu 613


“Böyük dəbilqə” seriyasından olan Uimbldon tennis turnirinin ikinci yarımfinalında isveçrəli Rocer Federer ispaniyalı Rafael Nadala qalib gəlib.

Üç saatdan bir qədər çox davam edən görüş İsveçrə tennisçisi Rocer Federerin 3:1 (7:6, 1:6, 6:3, 6:4) hesablı qələbəsi ilə başa çatıb.

Federer və Nadal ATP turnirlərində 40 dəfə qarşılaşıblar. Bu oyunlardan 16-da isveçrəli tennisçi, 24-də isə ispan tennisçi qələbə qazanıb. Beləliklə, Uimbldon-2019 turnirinin finalında 37 yaşlı isveçrəli 32 yaşlı serbiyalı tennisçi Novak Çokoviçlə qarşılaşacaq.

Turnir iyulun 14-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır. (AZƏRTAC)