15.07.2019 17:18
625

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb.
Cempion.az klubun rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, “ağdamlılar” Rherras Faycalı heyətinə qatıb. “Qarabağ” mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalayıb.
26 yaşlı oyunçu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.