bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda

16.07.2019 09:08 Oxundu 575


"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.

Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, “Slaviya” (Praqa) klubunda çıxış edir.