bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"ın yeni transferi: Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər

16.07.2019 14:07 Oxundu 685


Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

26 yaşlı müdafiəçi sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, yeni transfer  keçidi haqda öz fikirlərini bildirib: 

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey əladır. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".