bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq

17.07.2019 09:13 Oxundu 620


İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, yaxşı müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə 2019-2020-ci il mövsümünün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında bildirib.

O deyib: “Partizan” bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidirlər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Biz azarkeşlərimizi sevindirmək istəyirik”. (AZƏRTAC)