cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Premyer Liqanın reqlamentində dəyişiklik

17.07.2019 10:37 Oxundu 501


İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, yeni mövsümdən komandaların xalları bərabər olacağı təqdirdə, şəxsi oyunlardakı nəticələrə baxılacaq. Buna qədər isə top fərqinə üstünlük verilərək turnir cədvəli müəyyənləşdirilirdi.

Qeyd edək ki, 2011-12 mövsümündə "Mançester Siti" ilə "Mançester Yunayted" eyni sayda xal toplamış və top fərqinə görə, "şəhərlilər" çempion elan olunmuşdu.