bazar ertəsi, 07 iyul 2025

ŞAHMAT

Teymur Rəcəbov bu dəfə də heç-heçə oynadı

17.07.2019 10:55 Oxundu 518


Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.

Cempion.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.

Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.