17.07.2019 13:48
1236


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, satışa çıxarılmış 6500 biletin 4 mindən çoxu artıq satılıb. Oyun saatına biletlərin çox hissəsinin satılacağı ehtimal olunur.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk görüşdə hesab açılmayıb. (Qol.az)