18.07.2016 12:18
1244
1244
Real”ın futbolçusu Kriştianu Ronaldo İspaniya La Liqasında iki oyunu buraxacaq. O, avqustun 21-i “Real Sosyedad”a və avqustun 28-i “Selta”ya qarşı keçiriləcək görüşlərdə iştirak edə bilməyəcək.
Bundan başqa, Portuqaliya millisinin hücumçusu “DÇ-2018”in seçmə mərhələsində İsveçrə ilə matçda da oynamayacaq. Həmin oyun sentyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, K.Ronaldo “Avro-2016”nın finalında Fransa ilə oyunda zədələnib.