18.07.2016 15:32
1627
1627
Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”ın qonağı olacaq “Qarabağ” bu gün Lüksemburqa yola düşəcək. Carter reysi ilə uçuş saat 18:00-a nəzərdə tutulub. Qeyd edək ki, iyulun 20-də keçiriləcək “Düdelanj” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Makedoniyada “Şkendiya”nın qonağı olacaq “Neftçi” sabah səhər məşqində iştirak etdikdən sonra dərhal Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşəcək. Bakı – İstanbul – Skopye aviareysi ilə hərəkət edəcək “Neftçi” paytaxtı 13:00-da tərk edəcək. Qeyd edək ki, “Şkendiya” – “Neftçi” matçı iyulun 21-də keçiriləcək.