şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qəbələ"nin Avroliqadakı rəqibi müəyyənləşdi 

19.07.2019 10:57 Oxundu 528


2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi müəyyənləşib. Cempion.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək. Tbilisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq. 

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.