cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Viktor Valdes yenidən "Barselona"da

19.07.2019 17:18 Oxundu 453


"Barselona"nın sabiq qapıçısı Viktor Valdes Kataloniya klubuna qayıdıb.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı keçmiş qolkiper U-19 komandasını çalışdıracaq. Bununla əlaqədar klubun rəsmi İnstagram səhifəsi "Evinə xoş gəldin, Viktor Valdes" başlığı ilə paylaşım edib.
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes  2014-cü ilə kimi bu komandada  çıxış edib. Daha sonra isə "Mançester Yunayted", "Standard" və "Midlsbro" klublarında oynayıb.