çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

İbrahimoviç het-triklə rekordunu təkrarladı - VİDEO

20.07.2019 13:55 Oxundu 530


İsveç yığmasının sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-in rekordunu təkrarlayıb. Cempion.az matc.az-a istinadən xəbər verir ki, o, 35 yaşdan sonra iki dəfə het-trik edən ikinci futbolçu olub. İbrahimoviçə qədər yalnız Didye Droqba Şimali Amerikanı bu yaşında iki dəfə het-triklə təəccübləndirmişdi.

İsveçli Los-Anceles derbisində fərqlənib. O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib. İlk het-trikini ötən mövsüm “Orlando” ilə matçda gerçəkləşdirən Zlatan Droqbanın 2015-ci ildəki nailiyyətini təkrar edib.