22.07.2019 09:10
552


"Real"dan ayrılacağı dəqiqləşən Xames Rodriqesin yeni klubu müəyyənləşib.
Cempion.az qol.az-a istinadən xəbər verir ki, "Napoli"yə keçidi alınmayan kolumbiyalı yarımmüdafiəçi karyerasını "Atletiko"da davam etdirəcək. Madrid klublarının artıq öz aralarında razılığa gəldiyi bildirilir. "Kral klubu"nun 28 yaşlı futbolçunun satışından 40 milyon avro gəlir götürəcəyi iddia olunur. Təcrübəli oyunçunun "Atletiko" ilə 5 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, Xames ötən mövsümü icarə əsasında "Bavariya"da keçirib.