bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

"Lion"un futbolçusu La Liqa klubunda

22.07.2019 10:01 Oxundu 559


"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İspaniyada davam etdirəcək. Cempion.az matc.az-a istinadən xəbər verir ki, ulduz futbolçu "Betis"lə anlaşıb.

Həmçinin klublar arasında danışıqlar da müsbət nəticələnib. Anlaşmaya görə, "Betis" bu keçid üçün 25 milyon avro xərc çəkəcək. Fransa millisinin üzvü isə yeni komandası ilə 5 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Nabil Fekir "Sevilya", "Valensiya", "Barselona" və "Milan"ın da diqqət mərkəzində idi.