bazar, 06 iyul 2025

ŞAHMAT

Teymur Rəcəbov beynəlxalq turniri qalibdən yarım xal geridə başa vurub

22.07.2019 11:30 Oxundu 604


Almaniyanın Dortmund şəhərində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak etdiyi dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turniri başa çatıb.

Cempion.az AZƏRTAC-a istinadən xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla oyununu da heç-heçə başa vuraraq aktivinə 0,5 xal əlavə edib. T.Rəcəbov ümumi nəticəyə görə 4 xalla 2-5-ci yerləri bölüşür. Turnirin qalibi 4,5 xalla Lenyer Dominqes (ABŞ) olub.