bazar, 06 iyul 2025

BİZİM FUTBOL

Qarabağ-ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi

22.07.2019 14:38 Oxundu 526


Qarabağ-ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Cempion.az Goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi II raundda Dundalk (İrlandiya) səddini keçəcəyi təqdirdə, Sutyeska (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Dundolk-la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq.