bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

"Qəbələ" və "Neftçi"nin potensial rəqibi bilindi

22.07.2019 17:45 Oxundu 875

UEFA Avropa Liqası turnirində üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Cempion.az xəbər verir ki, ikinci təsnifat mərhələsində çıxış edən təmsilçilərimizdən “Qəbələ” Tbilisinin “Dinamo” klubunu mübarizədən kənarlaşdıracağı halda, Hollandiyanın “Feyenoord”, “Neftçi” isə Tula “Arsenal”na  qalib gələcəyi təqdirdə, İsrailin “Bneyi Yehuda Tel-Əviv” klubu ilə üz-üzə gələcək.
Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.