bazar, 06 iyul 2025

BİZİM FUTBOL

Azərbaycanın tanınmış klubu dağıldı

23.07.2019 09:13 Oxundu 557


Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.

Klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib. Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.

Qeyd edək ki, "Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə tamamlamışdı. (Qol.az )