bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

“Atletiko”nun daha bir ulduz futbolçusu klubdan ayrıldı

23.07.2019 10:43 Oxundu 513


Braziliya milli komandasının futbolçusu Filipe Luisin karyerasını davam etdirəcəyi klub müəyyənləşib.

Təcrübəli müdafiəçi çıxışını vətənində davam etdirəcək.

Sonuncu komandası İspaniya təmsilçisi “Atletiko” olan 33 yaşlı futbolçu “Flamenqo” ilə müqavilə bağlayıb. O, Braziliya klubuna azad agent kimi keçib. Onun anlaşması 2021-ci ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl Madriddə onunla vida mərasimi təşkil olunmuşdu. 2010-14 və 2015-19-cu illərdə “Atletiko”da 333 oyuna 9 qol vuran müdafiəçi təmtəraqla yola salınmışdı.(APA)