bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

Dünyanın ən bahalı futbol klubları - REYTİNQ

23.07.2019 13:05 Oxundu 1216


“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib.

Madridin “Real” klubu reytinqin birinci pilləsində qərarlaşıb.

Nəşrin məlumatına görə, “Real”ın dəyəri 4,42 milyard dollardır.

Reytinqin ikincisi dörd milyard dollar dəyəri olan İspaniyanın digər təmsilçisi - “Barselona” klubudur.

İlk üçlüyü isə “Mançester Yunayted” tamamlayır. İngiltərə klubunun dəyəri 3,8 milyard dollar qiymətləndirilir.

İlk beşliyə müvafiq olaraq Almaniyanın “Bavariya” (üç milyard dollar) və İngiltərənin “Mançester siti” (2,69 milyard dollar) klubları da daxildir. (Oxu.az)