bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

"Real", "Atletiko" və "Bavariya"dan qələbə

24.07.2019 12:40 Oxundu 545


ABŞ-da təşkil edilən Beynəlxalq Çempionlar kubokunda daha 3 oyun keçirilib.

"Real" "Arsenal"la qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün turnirin reqlamentinə əsasən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Real" 3:2 qalib gəlib.

Digər matçda "Bavariya" "Milan"ı 1:0 hesabı ilə məğlub edib.

Son oyunda "Atletiko" Meksikanın "Qvadalxara Çivas" klubu ilə qarşılaşıb. Əsas vaxt 0:0 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Madrid klubu burada 5:4 hesabı qalib gəlib. (Qol.az)