bazar, 06 iyul 2025

DİGƏR NÖVLƏR

"Tokio 2020" Yay Olimpiya Oyunlarının medalları təkrar emal edilmiş cihazlardan hazırlanıb - VİDEO

24.07.2019 14:52 Oxundu 608


2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları təqdim olunub. 

Təşkilat Komitəsinin açıqlamasında qızıl, gümüş və bürünc medalların təkrar emal edilmiş mobil telefon və elektron qurğulardan hazırlandığı vurğulanıb. 

"Yaponiya sakinləri tərəfindən təmin edilən kiçik elektron cihazların emalı sayəsində 5000-ə yaxın medal əldə edildi" - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, "Tokio-2020" gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.


(Report)