bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

Messinin cəzası açıqlandı

24.07.2019 15:27 Oxundu 564


Amerika kuboku-2019-da hakimləri və Cənubi Amerika Futbol Konfederasiyasını tənqid edən Argentina millisinin üzvü Lionel Messi cəzalandırılıb.

Cempion.az komanda.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçuya 1,5 min dollar pul cəzası verilib. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Messi pul cəzası ilə yanaşı, 1 oyunluq diskvalifikasiya da olunub.

Messi, Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq.