25.07.2019 09:07
496


"Qarabağ" bu gün Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Cempion.az xəbər verir ki, Ağdam klubu Dublində "Dundalk"ın qonağı olub. İrlandiya çempionu ilə görüş 1:1 hesablı bərabərliklə başa çatıb.Oyunda qoları "Qarabağ"da Mahir Emreli, "Dundalk"da isə Hoban vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.