bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

PSJ Neymarı satacaq?

25.07.2019 10:01 Oxundu 716


Fransanın PSJ klubu braziliyalı hücumçusu Neymarı iyulun 31-dək satmağı planlaşdırır.

Yeniavaz.com “Report”-a istinadən xəbər verir ki, Paris klubu əsas qrupda məşqlərə qayıdanadək Neymardan yaxa qurtarmaq istəyir. Komandanın düşərgəsində klubunu dəyişmək niyyətində olan 27 yaşlı forvardın geri qayıdışının PSJ-nin mövsüm hazırlıqlarına mənfi təsir göstərə biləcəyindən ehtiyatlanırlar.

Neymar "Pari Sen-Jermen"ə 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya transfer olunub və bununla da tarixin ən bahalı futbolçusu olub. Onunla müqavilə 2022-ci ilin 30 iyun tarixinədək nəzərdə tutulub. Braziliyalı ötən mövsüm klub səviyyəsində keçirdiyi 28 görüşdə 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.