bazar, 06 iyul 2025

BOKS

Yenə eyni səbəbdən boksçu öldü - VİDEO

26.07.2019 14:10 Oxundu 910

Argentinalı boksçu Hüqo Santillan Uruqvaylı Eduardo Xavier ilə çıxdığı döyüşdən 5 gün sonra dünyasını dəyişib.

Cempion.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentinada baş tutan qarşılaşmadan sonra boksçulardan biri anidən özünü pis hiss edib. Xəstəxanaya aparılan idmançı Hüqo Santillan 5 gün sonra dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl 28 yaşlı Rus boksçu Maksim Dadaşov da döyüşdən sonra vəfat etmişdi.