cümə axşamı, 28 avqust 2025

DİGƏR NÖVLƏR

Azərbaycan gimnastından tarixi medal

26.07.2019 16:28 Oxundu 707


Azərbaycanın idman gimnastı Səməd Məmmədli Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) gümüş medala sahib olub.

Cempion.az oxu.az-a istinadən xəbər verir ki, təmsilçimiz dəstəli atla hərəkətdə 13.600 xal qazanmaqla bu nəticəni əldə edib.

S.Məmmədli sərbəst hərəkətlərdə isə 13,733 xalla 6-cı yerdə qərarlaşıb. 

Qeyd edək ki, bu, Azərbaycanın EYOF tarixində gimnastika növündə qazandığı ilk medaldır.