bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

“Çelsi”dən “Bakı qəhrəmanı” haqqında paylaşım - VİDEO

27.07.2019 10:52 Oxundu 547


İngiltərənin “Çelsi” futbol klubu heyətdə heç bir oyun keçirmədən Avropa Liqasının qalibi olmuş “Bakı qəhrəmanı” – Rob Qrin haqqında videoçarx hazırlayıb.

Cempion.az oxu.az-a istinadən xəbər verir ki, videoçarx klubun rəsmi “Twitter” səhifəsində paylaşılıb.

“Çelsi”nin rəsmi akkauntu R.Qrinlə transfer müqaviləsinin imzalanmasının ildönümü münasibətilə “Bakı qəhrəmanı”nın final oyununa verdiyi “töhfə”ni qeyd etmək qərarına gəlib.

Qeyd olunur ki, qapıçı R.Qrin “Çelsi”nin heyətində heç bir oyun keçirməsə də, Bakıda təşkil olunmuş Avropa Liqasının finalından sonra fotojurnalistlərin diqqət mərkəzinə düşüb.

Bəzi idman nəşrləri qapıçının uğurunu “Rob Qrin. Klubda sıfır oyun. Avropa Liqasının qalibi. “Çelsi”nin əsl əfsanəsi” kimi sözlərlə qeyd edib.

R.Qrin videoçarxda deyir ki, onlara əslində oynamayacaq lider lazım idi: “Bu mənim üçün əvəzində nəsə verə biləcəyim şans oldu”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının final matçında “Çelsi” Londonun “Arsenal” klubunu 4:1 hesabı ilə məğlub edib.


Chelsea FC@ChelseaFC

The Hero of Baku became a Blue on this day one year ago! 💚

The rest, as they say, is history... 🏆

Embedded video

14.3K

Twitter Ads info and privacy

2,141 people are talking about this