bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

“Yuventus” yetirməsini 40 milyona satır

27.07.2019 11:48 Oxundu 532


İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Yuventus”dan Moyze Kini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Everton”un “Yuventus”la razılığa gəldiyi və 19 yaşlı hücumçu üçün 40 milyon avro ödəyəcəyi bildirilir. Transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

“Yuventus”un yetirməsi olan Kinin Turin təmsilçisi ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.