bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

"Beşiktaş"da yeni kapitan

27.07.2019 17:25 Oxundu 526


"Beşiktaş"ın yeni mövsüm üçün əsas kapitanı müyyənləşib.

Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyinin qərarına əsasən, birinci kapitan Burak Yılmaz seçilib.

Qeyd edək ki, B.Yılmaz ötən mövsümün ikinci yarısı İstanbul təmsilçisinə qayıdıb və 15 matçda 11 qol vurub.

Xatırladaq ki, ötən mövsüm "Beşiktaş"ın kapitanları Tolqa Zengin, Oğuzhan Özyakup və Atiba Hatçinson olub. (Qol.az)