29.07.2019 10:10
656

Məzuniyyətini İspaniyanın İbitsa adasında keçirən "Barselona" klubunun futbolçusu Lionel Messiyə naməlum şəxs hücum cəhdi edib.
Cempion.az "Report"a istinadən xəbər verir ki, münaqişənin qarşısını mühafizəçi alıb. O, Messinin üzərinə gələn şəxsin önünü kəsib.
Hadisənin konsert vaxtı baş verdiyi güman olunur. Bunu insidentdən əvvəl argentinalı hücumçunun həyat yoldaşı Antonella Rokutsonun Instagramında dərc etdiyi konsert videosu da təsdiqləyir.
A guy in the Ibiza party tried to fight Messi, security stepped in as Messi was about to batter the guy pic.twitter.com/ZmV1kA80s7
— mx (@LeooMessi10i) July 28, 2019