bazar, 06 iyul 2025

ŞAHMAT

Şəhriyar Məmmədyarov iki turda qələbə qazanıb

29.07.2019 11:10 Oxundu 526


Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin oyunları davam edir.

Ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının 3 turunda mübarizə aparıb. Şahmatçımız dördüncü turda rusiyalı Yan Nepomnyaşini, altıncı turda hollandiyalı Aniş Girini məğlub edib. Beşinci turda isə o, polşalı Kriştov Dudaya məğlub olub.

Qeyd edək ki, şahmatçımızın aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir. (AZƏRTAC)