bazar, 06 iyul 2025

DİGƏR NÖVLƏR

Konor Həbiblə döyüşünü yada saldı: Mənə cəza verməliydi

29.07.2019 13:25 Oxundu 752


Qarışıq döyüş növlərində (MMA) çıxış edən irlandiyalı Konor Makqreqor Twitter hesabında rusiyalı Həbib Nurməhəmmədovla görüşünü yada salıb.

Konor həmin döyüşün referisi Herbi Dinə müraciət edərək, rəqibinə qarşı qadağan olunmuş zərbə tətbiq etdiyini bildirib.

"Mən parterdə Həbibi dizimlə vurduğum zaman Herb onun göz almacığını yoxlamalı idi. Mən birbaşa onun gözünə vurmuşdum. Amma hiyləgər tərpəndim və cəza almadım", - Konor yazıb.

​Xatırladaq ki, Həbiblə Konor arasında döyüş ötən ilin oktyabrında Las-Veqasda baş tutub. Yüngül çəkidə UFC çempionu  adı uğrunda döyüşdə Həbib ağrı fəndi işlədərək qalib gəlib. Bundan sonra oktaqonda kütləvi dava düşüb. Hər iki idmançı davaya qatıldığından sonradan diskvalifikasiya almışdı.

Nurməhəmmədov MMA-ya sentyabrın 7-də qayıdacaq: o, Abu-Dabidə ABŞ idmançısı Dastin Porye ilə qarşılaşacaq. Makqreqorun sonrakı döyüşünün vaxtı bəlli deyil. (Sputnik Azərbaycan)