çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

Arkadi Naydiç qalibi oldu

18.07.2016 15:44 Oxundu 1642

Qüdsdə II Gideon Yafet memorialının qalibləri və mükafatçıları müəyyən edilib. Open “A” turnirində 6 ölkədən - Azərbaycan, Fransa, İsrail, Hollandiya, Rusiya və Ukraynadan 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edib.

Azərbaycan qrossmeysteri Arkadi Naydiç turnirin qalibi olub. O, mümkün 7 xaldan 6,5-ni toplayıb. Rusiyalı Daniil Yuffa, ukraynalı Aleksandr Bortnik və yerli şahmatçılar Tamir Nabati, Tal Baron, Aleksandr Xuzman, Avital Boruxovski və Nimrod Veynberq ondan 0,5 xal geri qalıblar.

İsveçrə sistemi üzrə keçirilən Gideon Yafet Memorialının mükafat fondu 55 min şekel olub.