bazar, 06 iyul 2025

DÜNYA FUTBOLU

"Qalatasaray" onu birdəfəlik aldı - FOTO

30.07.2019 09:47 Oxundu 506


"Qalatasaray" ötən mövsüm "Standart Lyej"dən icarəyə götürdüyü Kristian Luyindamanı birdəfəlik alıb.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim bom" futbolçu üçün Belçika klubuna 5 milyon avro ödəyib.

"Qalatasaray"la 3 illik müqavilə imzalayan 25 yaşlı müdafiəçi ilinə 1.5 milyon avro qazanacaq.