cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Aleksandr Səmədov karyerasını bitirdi

30.07.2019 13:24 Oxundu 597


Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurub. Bunu Azərbaycan əsilli futbolçu özü bəyan edib.

Azərbaycan klublarının da maraq dairəsidə olan 35 yaşlı xavbek gözlənilmədən futboldan getməyi qərara alıb. Ötən mövsümün ikinci yarısını "Krılya Sovetov"da keçirən Səmədov karyerası ərzində həmçinin "Spartak" (2002-2005, 2017-2018), "Lokomotiv" (2005-2008, 2012-2016), "Moskva" (2008-2009) və "Dinamo"da (2010-2012) çıxış edib.

O, "Spartak"ın heyətində 1 dəfə Rusiya çempionu olub (2016-17), 1 dəfə isə ölkə Superkubokunu qazanıb (2017). Səmədov "Lokomotiv"lə də 3 qat Rusiya Kubokunun qalibi olub (2007, 2015, 2017).

Aleksandr Səmədov Rusiya millisinin heyətində 53 oyun keçirib, 7 qola imza atıb. (Matc.az)