bazar, 05 iyul 2026

BOKS

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

30.07.2019 14:13 Oxundu 722


Dağıstanın İzberbaş şəhərində SSRİ İdman ustası Abdulla İdrisovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

Cempion.az azertag.az-a istinadən xəbər verir ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun yeniyetmə boksçuları da qüvvələrini sınayıblar.

Turnirdə məşqçi-müəllim Ceyhun Rüstəmovun yetirmələri Fərid Kosayev (52 kq) qızıl, Əhəd Rüstəmli (32 kq) isə bürünc medal qazanıblar.