cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Ramil Şeydayev: Komandada rəqabət olmalıdır

30.07.2019 16:02 Oxundu 517


"Dinamo"nun futbolçusu Ramil Şeydayev  Premyer Liqada ilk qələbələrini və 
komandanın hücum xəttinin möhkəmləndirmə ehtimalını şərh edib.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu bunlarla bağlı deyib: "Birinci qələbəmizi qazanmağımız xoşdur. Buna görə sevinirik. Amma indi çox məşq etməli və növbəti oyunlara hazırlaşmalıyıq. Yeni hücumçu axtarışları haqda nə düşünürəm? Bu normaldır. Komandada rəqabət olmalıdır". Qeyd edək ki, Şeydayev 3-cü turda "Ural"a qalib (2:0) gəldikləri matçda gözəl oyun nümayiş etdirib və komandasının ikinci qolunun ötürməsini verib.