cümə axşamı, 09 aprel 2026

BİZİM FUTBOL

Millimizin seçmə mərhələ oyunlarının vaxtı müəyyənləşdi

30.07.2019 17:18 Oxundu 603


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsində keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. Cempion.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstan yığmaları ilə baş tutacaq qarşılaşmanın startı saat 20:30-da veriləcək.

Hər iki görüş “Dalğa Arena”da keçiriləcək.