cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

KİV: Mahir Emreli "Estremadura"ya keçməyə daha yaxındır

31.07.2019 13:25 Oxundu 755


İspaniyanın daha bir nəşri Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin karyerasını İspaniyada davam etdirəcəyini yazıb.

Cempion.az "Report"a istinadən xəbər verir ki,  22 yaşlı hücumçunun ölkənin səviyyəcə ikinci liqasında çıxış edəcəyini bildirib. Məlumata görə, "Estremadura" Emrelini heyətinə qatmağa daha yaxındır. Lakin onunla ölkənin digər klubu "Malaqa" da maraqlanır.

Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-a kimi müqaviləsi var.