cümə axşamı, 09 aprel 2026

ŞAHMAT

Şahmatçımız İspaniyada ikinci oldu

31.07.2019 13:55 Oxundu 513


Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyanın Siges şəhərində keçirilən açıq beynəlxalq turnirdə uğurla çıxış edib.

Cempion.az azertag.az-a istinadən xəbər verir ki, doqquz turdan 7 xal toplayan şahmatçımız ikinci yeri tutub.

Turnirdə eyni xal toplayan rusiyalı Sergey Volkov əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.