cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Niko Kovaç: Qvardiola ilə danışmışam və ondan üzr istəmişəm

31.07.2019 16:41 Oxundu 603


“Bavariya”nın baş məşqçisi Niko Kovaç “Mançester Siti”nin futbolçusu Leroy Sanenin transfer məsələsi ilə bağlı dediyi sözlər üçün üzr istəyib.

Cempion.az komanda.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Münhen klubunun Saneni transfer edəcəyinə şübhə etmədiyini bildirən xorvat mütəxəssis, bu sözləri üçün üzr istəyib:

“Biz bu vəziyyəti klub rəhbərliyi ilə müzakirə etdik. Bəlkə də, o müsahibə zamanı çox sərt idim. Artıq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışmışam və ondan bu sözlərə görə üzr istəmişəm. Eyni zamanda, “Bavariya”dan da üzr istəmək istəyərdim. Gələcəkdə bu cür vəziyyətlərdə daha təmkinli davranacam”.

Sanenin adı uzun müddətdir “Bavariya” ilə yanaşı çəkilir.